Təəssüf ki, dünyada insanlığa qarşı sui-qəsd hadisələri də baş verir. Bu sui-qəsdin qurbanları arasında sadə insanlarla yanaşı, dövlət, hökumət başçıları, deputatlar, siyasi partiya liderləri də vardır.
Azərbaycan müstəqillik əldə etdikdən üzü bəri ölkəmizdə də bir sıra siyasilər sui-qəsdlərə məruz qalıblar.
Son olaraq millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa martın 28-i gecə saatlarında evinin qarşısında hücuma məruz qalıb. İki güllə yarası almasına rəğmən, xoşbəxtlikdən, deputatın həyatı üçün ciddi təhlükə yoxdur.
Manset.az xəbər verir ki, Bizim.Media 1990-ci illərdən bu günə kimi sui-qəsd nəticəsində həyatını itirmiş siyasətçiləri araşdırıb.
Əjdər Xanbabayev
Azərbaycan SSR Mətbuat İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini, “Azərnəşr” və "Yazıçı” nəşriyyatının direktoru Əjdər Xanbabayev SSRİ dövründə Heydər Əliyevi dəstəklədiyinə görə 1990-cı ildə Azərbaycan SSR DTK əməkdaşları tərəfindən öldürülüb. Xanbabayevə qarşı sui-qəsd Bakıda, Azərbaycan Rus Dram Teatrının binası yaxınlığında şəxsi avtomobilində törədilib..
Afiyəddin Cəlilov
1989–1992-ci illərdə Naxçıvan Muxtar Respublikası Nazirlər Sovetinin sədri, Azərbaycan Ali Soveti sədrinin müavini, Azərbaycan Respublikası Prezidentinin müşaviri vəzifələrində çalışmış Afiyəddin Cəlilov da sui-qəsd qurbanlarındandır. O, 1994-cü il sentyabrın 29-da Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində qətlə yetirilib. Onun qətli ilə bağlı bu günə qədər müxtəlif versiyalar səsləndirilir.
Şəmsi Rəhimov
Şəmsi Rəhimov 1994-cü ilin 8 yanvarında Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin rəisi təyin edilib. O, cəmi 9 ay bu vəzifəni icra edə bilib. Belə ki, Şəmsi Rəhimov həmin ilin sentyabrın 29-da sui-qəsd nəticəsində qətlə yetirilib.
Rövşən Əliyev
Azərbaycan Respublikası Baş prokurorunun müavini-Azərbaycan Respublikasının ilk Hərbi Prokuroru olmuş Rövşən Əliyev də sui-qəsd nəticəsində həyatını itirib. R.Əliyev 1995-ci ildən ömrünün sonuna kimi Azərbaycan Respublikası Baş Prokurorluğunda ağır cinayətlərə dair istintaq idarəsinin kriminalistika şöbəsini rəisi və idarə rəisinin müavini vəzifələrində çalışıb. O, 2002-ci il 13 mart tarixində Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirilib.
Əli Ansuxski
Azərbaycan SSR Ali Sovetinin (1990-1995) və Milli Məclisin (1995-1996) deputatı olmuş Əli Ansuxski 1996-cı ilin fevralın 26-da Bakının mərkəzində “Azərbaycan” prospektində yerləşən evinin qarşısında məruz qaldığı terror nəticəsində odlu silahla qətlə yetirilir. Qeyd edək ki, Ə.Ansuxski deputatlıqdan öncə biznes fəaliyyəti ilə tanınıb və qətlin motivlərinin bununla bağlı olduğu bildirilirdi.
Ziya Bünyadov
1995-ci ildə Milli Məclisin üzvü olan akademik Ziya Bünyadov da sui-qəsdin qurbanlarındandır. Onu 1997-ci il fevralın 21-də yaşadığı binanın qarşısında qətlə yetiriblər. Akademikin “Hizbullah” üzvləri tərəfindən öldürüldüyü bildirilir və bununla bağlı bir neçə nəfər azadlıqdan məhrum edilib.
Fətulla Hüseynov
Azərbaycan Ordusunun 1994-cü ilin qış kampaniyası zamanı keçirdiyi ən uğurlu əməliyyat olan Horadiz əməliyyatının rəhbərlərindən biri Fətulla Hüseynov 2004-cü il iyunun 14-də yaşadığı binanın qarşısında öldürülüb. O, 1996-cı ildən 2001-ci ilədək AFFA-nın viste-prezidenti vəzifəsində işləyib. Onu Hacı Məmmədovun dəstə üzvlərinin qətlə yetirdiyi iddia edilir.
Rail Rzayev
Rail Rzayev 1992-ci ildən etibarən Müdafiə Nazirliyində bir sıra yüksək vəzifələrdə çalışıb. O, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 1993-cü ildə Azərbaycan Respublikası müdafiə nazirinin müavini — Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı vəzifəsinə təyin edilmiş və ömrünün sonunadək bu vəzifədə çalışıb. General-leytenant Rail Rzayev 2009-cu il fevralın 11-də qətlə yetirilib. 2010-cu ilin noyabrında generalın qətlində şübhəli bilinən 3 şəxs məhkəmənin qərarı ilə azadlıqdan məhrum ediliblər.
Elmar Hüseynov
"Monitor” jurnalının yaradıcısı və baş redaktoru Elmar Hüseynov 2005-ci ilin martında sui-qəsd nəticəsində qətlə yetirilib. Sui-qəsddən əvvəl çoxsaylı ölüm təhdidləri aldığı bildirilən 37 yaşlı jurnalist Bakıda yaşadığı binanın pilləkənlərində odlu silahdan açılan atəşlə qətlə yetirilib.
Son 30 ilin ən səs-küylü SUİ-QƏSDLƏRİ – ARAŞDIRMA
12:15 - 30 Mart 2023
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
10 Yanvar 2026 - 23:44
“İrana kömək etməyə hazırıq” - Tramp
10 Yanvar 2026 - 23:51
ABŞ İrana zərbə endirilməsi variantlarını müzakirə edir - KİV
10 Yanvar 2026 - 12:11
Keçmiş jurnalistə yüksək vəzifə verildi
10 Yanvar 2026 - 13:18
Nadir Bayramlının yubiley gecəsi keçiriləcək
10 Yanvar 2026 - 11:32
Bakıda bu taksi şirkəti bağlanır
10 Yanvar 2026 - 17:16
İşdən çıxarılan rəisin əvəzinə YENİ TƏYİNAT
10 Yanvar 2026 - 12:02
“Nə vaxt maşın sürsəm, Füzulidən olanlar vurur” - Qiraətçidən ŞOK SÖZLƏR
10 Yanvar 2026 - 14:51
Güclü küləklə bağlı əhaliyə MÜRACİƏT
10 Yanvar 2026 - 08:00
Ətrin gün boyu itməməsi üçün nə etmək lazımdır?
10 Yanvar 2026 - 12:21
56 yaşlı kişi hamam otağında öldü
10 Yanvar 2026 - 18:56
73 yaşlı Əli Abbasov bu sahədə çalışacaq
10 Yanvar 2026 - 10:19
Ana və oğlu sobadakı qazdan zəhərləndi - Ölən var
Xəbər xətti
- 11 Yanvar 2026
- 01:30 Bu içki sizi arıqladacaq
- 00:30 Bonifase əməliyyat olunacaq
- 00:01 Azərbaycanın Milli Qəhrəmanı "Fred Asif"in bacısı vəfat etdi
- 10 Yanvar 2026
- 23:58 Meteohəssas insanların NƏZƏRİNƏ
- 23:51 ABŞ İrana zərbə endirilməsi variantlarını müzakirə edir - KİV
- 23:44 “İrana kömək etməyə hazırıq” - Tramp
- 23:31 “Fənərbaxça” futbolçularının qalibiyyət rəqsi - VİDEO
- 23:14 Məşhur serialda gözlənilməz ayrılıq
- 22:49 Pakistan və ABŞ birgə antiterror təlimləri keçirir
- 22:28 "Bavariya" 16 yaşlı futbolçunu hədəf aldı
- 22:14 Tehran-İrəvan aviareysləri ləğv edildi
- 21:54 "Fənərbağça" Türkiyə Superkubokunun qalibi oldu
- 21:45 Avtomobil piyadanı vurdu
- 21:24 Məşhəddə etirazçılar 15 avtobusu yandırdılar
- 21:08 Masazırda YANĞIN: Zəhərlənən var - VİDEO
- 20:46 Ailəsi qadının meyitini həyətdən tapdı
- 20:32 Market və ticarət mərkəzindən oğurluq edən şəxslər saxlanıldılar
- 20:16 İndoneziyada güclü zəlzələ oldu
- 19:52 Zaqatalada ağır QƏZA - Ölən var
- 19:37 Moped və motosiklet oğurluğu edən şəxslər saxlanıldılar
- 19:17 Azərbaycanda zəlzələ oldu
- 19:11 NTV-də CANLI “Prezident və Media-2026” - 3 gün ərzində 30-a yaxın müsahib - VİDEO
- 18:56 73 yaşlı Əli Abbasov bu sahədə çalışacaq
- 18:41 SEPAH generalının oğlu öldürüldü
- 18:29 Sabunçuda oğurluq edən şəxs saxlanıldı
- 18:16 Yollarda duman olacaq
- 17:51 İtkin düşmüş 5 nəfər tapıldı
- 17:36 Bəzi ərazilərə qar yağır - Faktiki hava
- 17:16 İşdən çıxarılan rəisin əvəzinə YENİ TƏYİNAT
- 17:03 Külək güclənəcək - XƏBƏRDARLIQ
- 16:49 "Qarabağ" Antalyaya yola düşdü - FOTO/VİDEO
- 16:29 Azərbaycanda 8 nəvəsi olan cütlüyün 10-cu övladı oldu - "Bəzən adlarını unuduram"
- 16:18 20 tüfəng, 8 mindən çox patron aşkarlandı
- 16:02 "Roma" səhhətində problem yaranan futbolçunu satdı
- 15:49 Ödəmə terminallarından oğurluq edən şəxs saxlanıldı
- 15:31 59 yaşlı kişini maşın vurub öldürdü
- 15:16 İsrail XİN rəhbəri Azərbaycana səfər edəcək
- 14:51 Güclü küləklə bağlı əhaliyə MÜRACİƏT
- 14:38 Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanıldı
- 14:22 Tanınmış alim Mustafa Qarayev vəfat etdi
- 14:11 İpotekaya yararlı mənzillər bahalaşdı - VİDEO
- 13:56 "ABŞ İranın cəsur xalqını dəstəkləyir!" - Marko Rubio
- 13:48 “Mediada Azərbaycan dili” mövzusunda təlimlərə start verildi - FOTOLAR
- 13:31 Bakının Yeni il atəşfəşanlığını kosmosdan kim çəkib? – MARAQLI GÖRÜNTÜLƏR
- 13:18 Nadir Bayramlının yubiley gecəsi keçiriləcək
- 13:08 "Azərbaycanın enerji siyasəti iqtisadi, ekoloji və geosiyasi məzmun daşıyır"
- 12:57 Bazar günü hava necə olacaq?
- 12:42 Yol polisindən sürücülərə ÇAĞIRIŞ
- 12:31 Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı
- 12:21 56 yaşlı kişi hamam otağında öldü
- 12:11 Keçmiş jurnalistə yüksək vəzifə verildi