Təəssüf ki, dünyada insanlığa qarşı sui-qəsd hadisələri də baş verir. Bu sui-qəsdin qurbanları arasında sadə insanlarla yanaşı, dövlət, hökumət başçıları, deputatlar, siyasi partiya liderləri də vardır.
Azərbaycan müstəqillik əldə etdikdən üzü bəri ölkəmizdə də bir sıra siyasilər sui-qəsdlərə məruz qalıblar.
Son olaraq millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa martın 28-i gecə saatlarında evinin qarşısında hücuma məruz qalıb. İki güllə yarası almasına rəğmən, xoşbəxtlikdən, deputatın həyatı üçün ciddi təhlükə yoxdur.
Manset.az xəbər verir ki, Bizim.Media 1990-ci illərdən bu günə kimi sui-qəsd nəticəsində həyatını itirmiş siyasətçiləri araşdırıb.
Əjdər Xanbabayev
Azərbaycan SSR Mətbuat İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini, “Azərnəşr” və "Yazıçı” nəşriyyatının direktoru Əjdər Xanbabayev SSRİ dövründə Heydər Əliyevi dəstəklədiyinə görə 1990-cı ildə Azərbaycan SSR DTK əməkdaşları tərəfindən öldürülüb. Xanbabayevə qarşı sui-qəsd Bakıda, Azərbaycan Rus Dram Teatrının binası yaxınlığında şəxsi avtomobilində törədilib..
Afiyəddin Cəlilov
1989–1992-ci illərdə Naxçıvan Muxtar Respublikası Nazirlər Sovetinin sədri, Azərbaycan Ali Soveti sədrinin müavini, Azərbaycan Respublikası Prezidentinin müşaviri vəzifələrində çalışmış Afiyəddin Cəlilov da sui-qəsd qurbanlarındandır. O, 1994-cü il sentyabrın 29-da Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində qətlə yetirilib. Onun qətli ilə bağlı bu günə qədər müxtəlif versiyalar səsləndirilir.
Şəmsi Rəhimov
Şəmsi Rəhimov 1994-cü ilin 8 yanvarında Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin rəisi təyin edilib. O, cəmi 9 ay bu vəzifəni icra edə bilib. Belə ki, Şəmsi Rəhimov həmin ilin sentyabrın 29-da sui-qəsd nəticəsində qətlə yetirilib.
Rövşən Əliyev
Azərbaycan Respublikası Baş prokurorunun müavini-Azərbaycan Respublikasının ilk Hərbi Prokuroru olmuş Rövşən Əliyev də sui-qəsd nəticəsində həyatını itirib. R.Əliyev 1995-ci ildən ömrünün sonuna kimi Azərbaycan Respublikası Baş Prokurorluğunda ağır cinayətlərə dair istintaq idarəsinin kriminalistika şöbəsini rəisi və idarə rəisinin müavini vəzifələrində çalışıb. O, 2002-ci il 13 mart tarixində Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirilib.
Əli Ansuxski
Azərbaycan SSR Ali Sovetinin (1990-1995) və Milli Məclisin (1995-1996) deputatı olmuş Əli Ansuxski 1996-cı ilin fevralın 26-da Bakının mərkəzində “Azərbaycan” prospektində yerləşən evinin qarşısında məruz qaldığı terror nəticəsində odlu silahla qətlə yetirilir. Qeyd edək ki, Ə.Ansuxski deputatlıqdan öncə biznes fəaliyyəti ilə tanınıb və qətlin motivlərinin bununla bağlı olduğu bildirilirdi.
Ziya Bünyadov
1995-ci ildə Milli Məclisin üzvü olan akademik Ziya Bünyadov da sui-qəsdin qurbanlarındandır. Onu 1997-ci il fevralın 21-də yaşadığı binanın qarşısında qətlə yetiriblər. Akademikin “Hizbullah” üzvləri tərəfindən öldürüldüyü bildirilir və bununla bağlı bir neçə nəfər azadlıqdan məhrum edilib.
Fətulla Hüseynov
Azərbaycan Ordusunun 1994-cü ilin qış kampaniyası zamanı keçirdiyi ən uğurlu əməliyyat olan Horadiz əməliyyatının rəhbərlərindən biri Fətulla Hüseynov 2004-cü il iyunun 14-də yaşadığı binanın qarşısında öldürülüb. O, 1996-cı ildən 2001-ci ilədək AFFA-nın viste-prezidenti vəzifəsində işləyib. Onu Hacı Məmmədovun dəstə üzvlərinin qətlə yetirdiyi iddia edilir.
Rail Rzayev
Rail Rzayev 1992-ci ildən etibarən Müdafiə Nazirliyində bir sıra yüksək vəzifələrdə çalışıb. O, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 1993-cü ildə Azərbaycan Respublikası müdafiə nazirinin müavini — Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı vəzifəsinə təyin edilmiş və ömrünün sonunadək bu vəzifədə çalışıb. General-leytenant Rail Rzayev 2009-cu il fevralın 11-də qətlə yetirilib. 2010-cu ilin noyabrında generalın qətlində şübhəli bilinən 3 şəxs məhkəmənin qərarı ilə azadlıqdan məhrum ediliblər.
Elmar Hüseynov
"Monitor” jurnalının yaradıcısı və baş redaktoru Elmar Hüseynov 2005-ci ilin martında sui-qəsd nəticəsində qətlə yetirilib. Sui-qəsddən əvvəl çoxsaylı ölüm təhdidləri aldığı bildirilən 37 yaşlı jurnalist Bakıda yaşadığı binanın pilləkənlərində odlu silahdan açılan atəşlə qətlə yetirilib.
Son 30 ilin ən səs-küylü SUİ-QƏSDLƏRİ – ARAŞDIRMA
12:15 - 30 Mart 2023
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
10 İyul 2026 - 21:33
Dənizdə batan qızın axtarışlarına helikopter cəlb olundu - VİDEO
10 İyul 2026 - 22:16
Bəzi ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ
10 İyul 2026 - 23:16
Ucarda yeniyetmə suda boğuldu
10 İyul 2026 - 21:51
"Neftçi" Serbiya klubunu məğlub etdi
10 İyul 2026 - 22:53
Bakıda yaşayış binasında YANĞIN
10 İyul 2026 - 23:35
Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsi davam etdirilib
10 İyul 2026 - 23:51
Suşi yeyən 19 nəfər zəhərləndi
10 İyul 2026 - 22:34
Şahbaz Şərif və Məsud Pezeşkian müzakirə apardılar
11 İyul 2026 - 00:30
"Sumqayıt"dan ayrıldı - İndoneziya klubuna keçdi
11 İyul 2026 - 01:30
Uşaqlara niyə tərəvəzlər verməlisiniz?
11 İyul 2026 - 15:42
QHT.az saytının 11 yaşı tamam olur
11 İyul 2026 - 12:38
49 yaşlı kişi atdan yıxılaraq öldü
Xəbər xətti
- 11 İyul 2026
- 20:51 Bakıda sağlamlıq mərkəzinin rəhbəri işçi tərəfindən ÖLDÜRÜLDÜ
- 20:36 32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi - FOTO
- 20:12 Azərbaycanda AĞIR QƏZA - Ölən və yaralılar var - FOTO
- 19:51 İlham Əliyev Quzeyxırmanda sakinlərlə görüşdü - FOTOLAR - YENİLƏNİB
- 19:46 Rusiya Sumıya zərbələr endirdi - Ölənlər və yaralılar var
- 19:36 Slovakiya Prezidenti Azərbaycana gəlir
- 19:18 Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ
- 18:53 Bulvarda dənizdə batma təhlükəsi olan şəxs belə xilas edildi - VİDEO
- 18:39 Prezident Kiçik Qaladərəsində sakinlərlə görüşdü - FOTOLAR - YENİLƏNİB
- 18:32 İlham Əliyev “Xankəndi” hotelinin açılışında - FOTOLAR
- 18:23 “Kiçik Qaladərəsində sakinlərimiz ilə” - VİDEO
- 18:14 "Ölkəmizdə rəqəmsal inkişafın intibah dövrü başlayır" - Azay Quliyev
- 17:31 Rusiya Odessaya raket zərbəsi endirdi - Ölənlər var
- 17:17 3 küçə müvəqqəti bağlanır - Sürücülərin NƏZƏRİNƏ
- 16:52 Güclü külək əsəcək - XƏBƏRDARLIQ
- 16:29 Yol polisimiz MDB birincisi oldu - VİDEO
- 16:11 Prezident “Yasəmən” hotelin yeni korpuslarını gəzdi - FOTOLAR
- 15:54 İlham Əliyev Şuşada dövlət-özəl tərəfdaşlığı çərçivəsində görülən işlərlə tanış olub - FOTOLAR
- 15:42 QHT.az saytının 11 yaşı tamam olur
- 15:39 Xaçmazda avtomobil gölə düşdü
- 15:23 Prezident “Sadıqcanın evi”ndə - FOTOLAR
- 15:14 Kiçik Qaladərəsi və uşaqları... - Səmimi fotolar
- 14:58 İsmayıllıda torpaq sürüşməsi - 3 ailənin evi yararsız vəziyyətə düşdü
- 14:41 Sumqayıtda maşın əvvəl piyadanı, daha sonra digər maşını vurdu - FOTO
- 14:21 Zərdabda narkotikin təsiri altında maşın sürdü - Saxlanıldı
- 14:00 Ukrayna Rusiyanın 21 tankerini vurdu
- 13:29 Tbilisidə Fatiməni qətlə yetirən qohumu saxlanıldı - VİDEO
- 13:21 Amil Həmzəyev "Neftçi”dən AYRILDI
- 13:11 “Rusiyanın hücumları nəticəsində Kiyevdə xəsarət alanlar var”
- 12:56 Neftimizin bu günə olan QİYMƏTİ
- 12:38 49 yaşlı kişi atdan yıxılaraq öldü
- 12:25 Bazar günü hava necə olacaq?
- 11:56 Həftəsonu dənizə gedənlərə MÜRACİƏT
- 11:43 Axtarışda olan 83 nəfər saxlanıldı
- 11:31 Prezident açılışlar etdi - FOTOLAR
- 11:17 İlham Əliyev həmkarını təbrik etdi
- 11:05 Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində - FOTOLAR
- 10:59 Anar Quliyev Qaxda vətəndaşları qəbul etdi - FOTOLAR
- 10:53 İlham Əliyev Laçında - FOTOLAR
- 10:29 Simonyanın müşaviri də vəzifəsindən azad edildi - FOTO
- 10:07 Argentina İsveçrəyə - Norveç İngiltərəyə qarşı
- 09:45 Azərbaycan XİN Monqolustanı təbrik etdi
- 09:35 Yeniyetmə kanalda batdı
- 09:14 Zəlzələdə ölənlərin sayı 4 mini keçdi
- 09:03 “İran ABŞ ilə danışıqlar üçün müraciət etməyib”
- 08:30 Yayda bu qidalar zəhərlənmə riskini artırır - Diqqətli olun
- 08:00 Dünyada ağcaqanad xəstəliyi yayılır - Ölümcüldür
- 01:30 Uşaqlara niyə tərəvəzlər verməlisiniz?
- 00:30 "Sumqayıt"dan ayrıldı - İndoneziya klubuna keçdi
- 10 İyul 2026
- 23:51 Suşi yeyən 19 nəfər zəhərləndi
- 23:35 Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsi davam etdirilib