Təəssüf ki, dünyada insanlığa qarşı sui-qəsd hadisələri də baş verir. Bu sui-qəsdin qurbanları arasında sadə insanlarla yanaşı, dövlət, hökumət başçıları, deputatlar, siyasi partiya liderləri də vardır.
Azərbaycan müstəqillik əldə etdikdən üzü bəri ölkəmizdə də bir sıra siyasilər sui-qəsdlərə məruz qalıblar.
Son olaraq millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa martın 28-i gecə saatlarında evinin qarşısında hücuma məruz qalıb. İki güllə yarası almasına rəğmən, xoşbəxtlikdən, deputatın həyatı üçün ciddi təhlükə yoxdur.
Manset.az xəbər verir ki, Bizim.Media 1990-ci illərdən bu günə kimi sui-qəsd nəticəsində həyatını itirmiş siyasətçiləri araşdırıb.
Əjdər Xanbabayev
Azərbaycan SSR Mətbuat İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini, “Azərnəşr” və "Yazıçı” nəşriyyatının direktoru Əjdər Xanbabayev SSRİ dövründə Heydər Əliyevi dəstəklədiyinə görə 1990-cı ildə Azərbaycan SSR DTK əməkdaşları tərəfindən öldürülüb. Xanbabayevə qarşı sui-qəsd Bakıda, Azərbaycan Rus Dram Teatrının binası yaxınlığında şəxsi avtomobilində törədilib..
Afiyəddin Cəlilov
1989–1992-ci illərdə Naxçıvan Muxtar Respublikası Nazirlər Sovetinin sədri, Azərbaycan Ali Soveti sədrinin müavini, Azərbaycan Respublikası Prezidentinin müşaviri vəzifələrində çalışmış Afiyəddin Cəlilov da sui-qəsd qurbanlarındandır. O, 1994-cü il sentyabrın 29-da Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində qətlə yetirilib. Onun qətli ilə bağlı bu günə qədər müxtəlif versiyalar səsləndirilir.
Şəmsi Rəhimov
Şəmsi Rəhimov 1994-cü ilin 8 yanvarında Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin rəisi təyin edilib. O, cəmi 9 ay bu vəzifəni icra edə bilib. Belə ki, Şəmsi Rəhimov həmin ilin sentyabrın 29-da sui-qəsd nəticəsində qətlə yetirilib.
Rövşən Əliyev
Azərbaycan Respublikası Baş prokurorunun müavini-Azərbaycan Respublikasının ilk Hərbi Prokuroru olmuş Rövşən Əliyev də sui-qəsd nəticəsində həyatını itirib. R.Əliyev 1995-ci ildən ömrünün sonuna kimi Azərbaycan Respublikası Baş Prokurorluğunda ağır cinayətlərə dair istintaq idarəsinin kriminalistika şöbəsini rəisi və idarə rəisinin müavini vəzifələrində çalışıb. O, 2002-ci il 13 mart tarixində Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirilib.
Əli Ansuxski
Azərbaycan SSR Ali Sovetinin (1990-1995) və Milli Məclisin (1995-1996) deputatı olmuş Əli Ansuxski 1996-cı ilin fevralın 26-da Bakının mərkəzində “Azərbaycan” prospektində yerləşən evinin qarşısında məruz qaldığı terror nəticəsində odlu silahla qətlə yetirilir. Qeyd edək ki, Ə.Ansuxski deputatlıqdan öncə biznes fəaliyyəti ilə tanınıb və qətlin motivlərinin bununla bağlı olduğu bildirilirdi.
Ziya Bünyadov
1995-ci ildə Milli Məclisin üzvü olan akademik Ziya Bünyadov da sui-qəsdin qurbanlarındandır. Onu 1997-ci il fevralın 21-də yaşadığı binanın qarşısında qətlə yetiriblər. Akademikin “Hizbullah” üzvləri tərəfindən öldürüldüyü bildirilir və bununla bağlı bir neçə nəfər azadlıqdan məhrum edilib.
Fətulla Hüseynov
Azərbaycan Ordusunun 1994-cü ilin qış kampaniyası zamanı keçirdiyi ən uğurlu əməliyyat olan Horadiz əməliyyatının rəhbərlərindən biri Fətulla Hüseynov 2004-cü il iyunun 14-də yaşadığı binanın qarşısında öldürülüb. O, 1996-cı ildən 2001-ci ilədək AFFA-nın viste-prezidenti vəzifəsində işləyib. Onu Hacı Məmmədovun dəstə üzvlərinin qətlə yetirdiyi iddia edilir.
Rail Rzayev
Rail Rzayev 1992-ci ildən etibarən Müdafiə Nazirliyində bir sıra yüksək vəzifələrdə çalışıb. O, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 1993-cü ildə Azərbaycan Respublikası müdafiə nazirinin müavini — Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı vəzifəsinə təyin edilmiş və ömrünün sonunadək bu vəzifədə çalışıb. General-leytenant Rail Rzayev 2009-cu il fevralın 11-də qətlə yetirilib. 2010-cu ilin noyabrında generalın qətlində şübhəli bilinən 3 şəxs məhkəmənin qərarı ilə azadlıqdan məhrum ediliblər.
Elmar Hüseynov
"Monitor” jurnalının yaradıcısı və baş redaktoru Elmar Hüseynov 2005-ci ilin martında sui-qəsd nəticəsində qətlə yetirilib. Sui-qəsddən əvvəl çoxsaylı ölüm təhdidləri aldığı bildirilən 37 yaşlı jurnalist Bakıda yaşadığı binanın pilləkənlərində odlu silahdan açılan atəşlə qətlə yetirilib.
Son 30 ilin ən səs-küylü SUİ-QƏSDLƏRİ – ARAŞDIRMA
12:15 - 30 Mart 2023

Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

Ən çox atılan qida məhsulları

Bu cihazlar işıq pulunu ikiqat artırır

Saxta Günəş kremləri - DİQQƏTLİ OLUN!

Bu xəstəliyi görməzdən gəlməyin!

Bakının tıxaclı yolları açıqlanıb - SİYAHI

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi - FOTO

Qeyri-sabit hava nə vaxta kimi davam edəcək ?

Şəki, Tərtər və Daşkəsənə dolu düşdü

Şuşada 16 bina inşa ediləcək

Nazirlikdən əhaliyə MÜRACİƏT

Körpənizi havaya atıb-tutanda 2 dəfə düşünün: Dəhşətli fəsadlar

Əhaliyə XƏBƏRDARLIQ - "Diqqətli olun"
Xəbər xətti
- 12 May 2025
- 07:30 Ən çox atılan qida məhsulları
- 01:00 Bu cihazlar işıq pulunu ikiqat artırır
- 00:30 Saxta Günəş kremləri - DİQQƏTLİ OLUN!
- 11 May 2025
- 23:46 ABŞ vətəndaşlığı olan israilli girov azad ediləcək
- 23:30 Ceyhun Bayramov həmkarı ilə danışdı
- 23:29 ABŞ və Çin razılığa gəldilər
- 23:25 Mahir Şükürov evləndi
- 23:23 ABŞ və “HƏMAS” birbaşa danışıqlar aparır
- 23:11 "İran bu hüququndan imtina etməyəcək" - Pezeşkian
- 22:59 Ağsu sakini ağac parçası ilə DÖYÜLDÜ
- 22:55 "Qarabağ" qalib gəldi
- 22:49 Neft-qaz yatağında dəhşətli yanğın
- 22:30 Bu xəstəliyi görməzdən gəlməyin!
- 22:18 "Liverpul" "Arsenal"la bacarmadı
- 22:01 Bakının tıxaclı yolları açıqlanıb - SİYAHI
- 21:51 "Putini Türkiyədə gözləyəcəm" - Zelenski
- 21:47 Hamburqda futbol coşqusu: 44 azarkeş xəsarət aldı
- 21:29 "Ukrayna dərhal danışıqlara razılıq verməlidir" - Tramp
- 21:12 Mahir Emreli bacısı və sevgilisi ilə - FOTO
- 20:55 "Real Madrid" məğlub oldu
- 20:48 PKK terror təşkilatı ləğv olunur
- 20:30 "Real"ın rekordçusu oldu
- 20:19 Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi - FOTO
- 20:07 Yeni Papanın qol saatı müzakirə yaratdı - FOTOLAR
- 19:59 "Kəpəz" "Sumqayıt"ı məğlub etdi
- 19:47 Mədəniyyət xadimləri İmarət Tarix-Memarlıq Kompleksində - FOTOLAR
- 19:39 İki avtomobil toqquşdu, 3 nəfər xəsarət aldı
- 19:14 Bu ölkədə şahmat qadağan olundu
- 18:59 "ABŞ-la danışıqlar çətin oldu" - İran
- 18:48 Leyla Əliyeva Romadan paylaşım etdi - FOTO
- 18:39 Qeyri-sabit hava nə vaxta kimi davam edəcək ?
- 18:33 Şəki, Tərtər və Daşkəsənə dolu düşdü
- 18:30 Şuşada 16 bina inşa ediləcək
- 18:25 "Böyük bir həftə gəlir" - Tramp
- 18:06 "Çelsi" məğlub oldu
- 17:55 Nazirlikdən əhaliyə MÜRACİƏT
- 17:39 Rubio Türkiyəyə gedir
- 17:28 Azərbaycan və Türkiyə hərbçiləri təlim keçdi - FOTO
- 17:10 Onlar da Bundesliqanı tərk etdi
- 16:59 Körpənizi havaya atıb-tutanda 2 dəfə düşünün: Dəhşətli fəsadlar
- 16:46 Trampdan Hindistan və Pakistana TƏKLİF
- 16:30 Zukerberqin 20 il əvvəlki sözləri başına bəla oldu
- 16:16 Roma Papasından ÇAĞIRIŞ
- 16:03 Danışıqların 4-cü raundu başladı
- 15:51 Ərdoğandan gözlənilən açıqlama gəldi
- 15:47 Əhaliyə XƏBƏRDARLIQ - "Diqqətli olun"
- 15:40 MTV Azərbaycan 13 yaşını qeyd edir
- 15:13 "Qarabağ" reytinqdə 10 pillə irəlilədi
- 14:48 Qaradağda 15 yaşlı qıza toy etdilər
- 14:42 Xudafərin körpüsünü qazmaq istədilər: Tutuldular - VİDEO
- 14:31 Bu ölkədə güclü zəlzələ oldu

