Qanunsuz ov edənlər cəzalandırıldı

17:33 - 03 Aprel 2023

Qanunsuz ov edənlər cəzalandırıldı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı şəhəri akvatoriyasında və Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Manset.az-a bildirib ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərdən qadağan olunmuş ov alətləri götürülüb.

“Bakı şəhər sakinləri Rahib Ağayev, Nəcəfqulu Həsənov, Rüstəm Balaağazadə, Samir Əliyev, Sabirabad rayon sakini Əfqan Hüseynov və Şirvan şəhər sakini Pərviz Ağayev olduğu müəyyən edilib. Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”, - qurum rəsmisi əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az