logo
logo logo
logo

Bakıda məşhur restoran bağlandı - FOTO

16:38 - 17 İyun 2023

Bakıda məşhur restoran bağlandı - FOTO

Bakıda fəaliyyət göstərən əfsanəvi “Hard Rock Cafe” bağlanıb.

 

Manset.az xəbər verir ki, kafe əməkdaşları İqtisadiyyat.az-a məlumatı təsdiqləyiblər. Lakin obyektin bağlanmasının səbəbi məlum deyil:

“Kafe sahibləri artıq Azərbaycanı tərk ediblər. Bundan sonra brend dəyişikliyi olacaq, kafe başqa adla fəaliyyət göstərəcək. Hələlik təmir və yenidənqurma işləri aparılır”.

Qeyd edək ki, “Hard Rock Cafe” kafe-barı ilk dəfə amerikalı Ayzek Tayqret və Piter Marton tərəfindən 1971-ci ildə Londonda, “Rolls-Royce” avtomağazasının yerləşdiyi məkanda yaradılıb. 2015-ci ilin iyul ayında dünyanın 50 ölkəsində 288-dən çox “Hard Rock Cafe”nin fəaliyyət göstərdiyi qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az