Azərbaycanda evdə partlayış olub: Ana və iki körpənin vəziyyəti ağırdır

17:52 - 17 İyun 2023

Azərbaycanda evdə partlayış olub: Ana və iki körpənin vəziyyəti ağırdır

Şəkidə evdə partlayış olub, 3 nəfər ağır xəsarət alıb.

Manset.az "Apa"ya istinadən bildirir ki, hadisə bu gün rayonunun Aşağı Göynük kəndində baş verib.

Partlayış zamanı evdə olan 2000-ci il təvəllüdlü Yusifova Şəlalə Nəsib qızı, 2021-ci il təvəllüdlü Soltanlı Məhəmməd Nicat oğlu və 2020-ci il təvəllüdlü Soltanlı Əli Nicat oğlu ağır xəsarət alıblar. Hər üç şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yaralıların vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az