SON DƏQİQƏ: Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ - FOTO

11:41 - 23 İyun 2023

SON DƏQİQƏ: Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ - FOTO

Azərbaycan Tibb Universitetinin Birinci Uşaq Xəstəlikləri kafedrasının müdiri, tibb elmlər doktoru, professor Səfixan Şamil oğlu Həsənov vəfat edib. 

 

Manset.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Səfixan Şamil oğlu Həsənov 1988-ci ildə namizədlik, 1996-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdi.

O, 1999-cu ildən Azərbaycan Tibb Universitetinin Neonatologiya kafedrasının professoru, 2005-2012-ci illərdə K.Y.Fərəcova adına ET Pediatriya İnstitutunun  elmi işlər üzrə direktor müavini, 2010-2016-cı illərdə Neonatologiya kafedrasının müdiri vəzifələrində çalışmışdı. 2017-ci  ildən ATU-nun I Uşaq Xəstəlikləri kafedrasına rəhbərlik edirdi.

S.Həsənov 200-dən artıq elmi məqalənin, o cümlədən 10 metodik tövsiyənin, 3 tədris metodik vəsaitin, 2 dərs vəsaitinin, 3 səmərələşdirici təklifin, 1 ixtiranın müəllifi idi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az