Aparıcı Elgiz Əkbər yeni açıqlaması ilə gündəmə gəlib.
Manset.az xəbər verir ki, o, aparıcısı olduğu "Elgizlə izlə" proqramında toylardan birində təsadüfən əlinə düşən suyahıda nəhənfg tortların qiymətini görüb.
Elgiz Əkbər həmin tortların qiymətinin 20-25 000 AZN arasında olduğunu deyib:
"Toy siyahısına baxırdım. Varlı adamların toylarında gələn nəhəng tortların qiyməti 20-25 000 AZN imiş... 25 000 AZN-ə də tort olar? İki kiloqram qızılın qiymətinə bərabərdir".
Elgiz Əkbərin bu sözləri studiyadakı ekspertləri şoka salıb. Onlar tortun bu qədər bahalı qiymətə olmasına etiraz ediblər.