Şəkidə 12 ton narkotik tərkibli bitki məhv edilib - VİDEO

17:51 - 23 İyun 2023

Şəkidə 12 ton narkotik tərkibli bitki məhv edilib - VİDEO

Şəkidə 12 ton narkotik tərkibli bitki məhv edilib.

 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Manset.az-a məlumat verilib.

Bildirilib ki, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkarlanıb.

Keçirilən tədbir zamanı rayonun Çapağan kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 12 ton olan 16 000 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az