2 deputat üz-üzə - Biri Moskvanı dəstəkləməyə çağırdı, digəri etiraz etdi

11:46 - 24 İyun 2023

2 deputat üz-üzə - Biri Moskvanı dəstəkləməyə çağırdı, digəri etiraz etdi

Deputat Qüdrət Həsənquliyev  “Vaqner” qrupunun rəhbəri Yevgeni Pirqojinin qiyamını pisləyərək, onun bu hərəkətini 1993-cü ildəki Surət Hüseynovun hərkəti ilə eyniləşdirib.

 

Manset.az Ölkə.Az-a istinadən xəbər verir ki, o belə bir təkliflə parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
Həsənquliyevin sözlərinə görə, 1993-cü ildə Rusiyanın Azərbaycana sərgilədiyi mövqedən asılı olmayaraq Rusiyada baş verən hadisələrə mövqe bildirilməli və qanuni hökumət dəstəkləməlidir. 

“Rusiya bizim strateji tərəfdaşımızdır və biz qanuni hakimiyyəti dəstəkləmək barədə parlament adından rəsmi mövqe bildirməliyik”, - o qeyd edib.

Deputat Siyavuş Novruzov isə buna qarşı çıxaraq deyib ki, Azərbaycan başqa dövlətin daxilində baş verən hadisələrə qarışa bilməz: “Fərdi qaydada kimsə öz mövqeyini bildirə bilər və bu  məsələdə sərbəstdir. Amma rəsmi dövlət qurumu və parlament adından müraciət edilə bilməz”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az