“Günay Sığorta”nın lisenziyası ləğv olundu

15:50 - 24 İyun 2023

“Günay Sığorta”nın lisenziyası ləğv olundu

Azərbaycan Mərkəzi Bankı (AMB) “Günay Sığorta” ASC-nin lisenziyasını ləğv edib.

 

Bu barədə Manset.az-a AMB-dən bildirilib.

Məlumata görə, 14 avqust 2008-ci il tarixli, 042483 nömrəli lisenziya “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq könüllü müraciət əsasında ləğv olunub.

Xatırladaq ki, “Günay Sığorta” 1992-ci ildə yaradılmışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az