Azərbaycanda turla istirahətə gedən şəxs faciəvi şəkildə ÖLDÜ

17:12 - 26 İyun 2023

Azərbaycanda turla istirahətə gedən şəxs faciəvi şəkildə ÖLDÜ

Lerikdə bədbəxt hadisə nəticəsində istirahətə gedən şəxs ölüb.

 

Manset.az apa-ya istinadən xəbər verir ki, Səngəçal qəsəbə sakini 1968-ci il təvəllüdlü Füzuli Seyfulla oğlu Hacıyev turla Lerik rayonuna istirahətə gedib. Lerikdə F.Hacıyev turdan (qrupdan) bir az aralanaraq, dərəyə tərəf baxmağa gedib. Bu zaman onun ayağı sürüşüb və təqribən 80 metrlik dərəyə düşüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin( FHN) Cənub mərkəzinin xüsusi riskli xilasetmə qüvvələri cəlb olunub. Görülən tədbirlər nəticəsində F.Hacıyevin meyit dərədən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az