Dənizi hasarlayan sahibkar AZTV-nin jurnalistinə hücum etdi - VİDEO

19:11 - 26 İyun 2023

Dənizi hasarlayan sahibkar AZTV-nin jurnalistinə hücum etdi - VİDEO

AzTV-nin "Həftə" verilişinin çəkiliş komandası Xəzər rayonunun Buzovna qəsəbəsinin çimərliyindən xüsusi reportaj hazırlayıb.

 

QSC-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsindən Manset.az-a verilən məlumata görə, Buzovnadakı çimərliyin dəmir çəpərlərlə hasarlanması kəskin narazılıqla qarşılanıb.

Hasarlanan ərazi sakinlərin rahat gediş-gəlişinə mane olur, insanların dənizə çıxışı olan yolu bağlayıb.

Çəkiliş edildiyini görən sahibkarlar çəkilişə müdaxilə etməyə cəhd göstərdilər. Hətta onlardan biri AzTV kameralarına "sizin rəhbərliyinizlə indi danışaram, problem yoxdur" - deməkdən belə çəkinməyib.

Sakinlərin sözlərinə görə, həmin obyektlərin sənədi yoxdur və qeyri-qanuni yolla hasara alıblar. Obyekt sahibi isə bildirir ki, sənədləri var.

Xəzər Rayon İcra Hakimiyyəti isə bu məsələyə və iddialara cavab verməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az