“Həcc ziyarətinə dəfələrlə getməklə bağlı heç bir məhdudiyyət yoxdur” - QMİ-nin sədr müavini

11:55 - 28 İyun 2023

“Həcc ziyarətinə dəfələrlə getməklə bağlı heç bir məhdudiyyət yoxdur” - QMİ-nin sədr müavini

“Bir şəxsin Həcc ziyarətinə dəfələrlə getməsi ilə bağlı heç bir məhdudiyyət və yaxud da qadağa yoxdur”. 

 

Manset.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib. 

“Amma biz tövsiyə görərik ki, bir dəfə getdikdən sonra digər Həcc səfərlərinin əvəzinə, maddi ehtiyacı olan şəxslərə yardım edilsin. İndi bəzi insanlar bir neçə dəfə Həcc ziyarətinə getməklə yanaşı, həm də ehtiyacı olan insanlara yardım edirlərsə də, bu da normaldır”, - Fuad Nurullayev əlavə edib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az