“Facebook” Azərbaycan bayrağı nişanını Ermənistanınkı ilə əvəzlədi - RƏSMİ AÇIQLAMA

19:12 - 28 Avqust 2023

“Facebook” Azərbaycan bayrağı nişanını Ermənistanınkı ilə əvəzlədi - RƏSMİ AÇIQLAMA

“Facebook” sosial şəbəkəsində paylaşımların tərcüməsi zamanı Azərbaycan bayrağını əks etdirən nişan Ermənistan bayrağı ilə əvəz edilir.

 

Manset.az BAKU.WS-sə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Məsələ barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Elektron Təhlükəsizlik Xidməti (ETX) ilə əlaqə saxladıq.

Xidmətin nümayəndəsi Ləman Hüseynzadə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, “Facebook” sosial şəbəkəsində paylaşımlarda Azərbaycan bayrağı ilə əlaqədar yaranmış neqativ halın aradan qaldırılması məqsədilə ETX sosial şəbəkənin inzibatçısı “Meta Platforms, Inc.” şirkətinə müraciət ünvanlayıb:
“Elektron Təhlükəsizlik Xidməti tərəfindən edilmiş müraciət nəticəsində yaranmış neqativ hal aradan qaldırılıb”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az