Avqustun 29-na olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.
Bu barədə Manset.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Düşən yağıntının miqdarı: Bakıda və Abşeron yarımadasında 1 mm-dək, Gəncədə 6 mm, Daşkəsəndə 5 mm, Gədəbəy, Qobustan, Şahbuz, Göygöl, Göyçay, Naxçıvan, Naftalan, Xaltan, Şahdağ, Tərtər, Yevlax, Kürdəmir, Ağdam, Bərdə, Şamaxı, İsmayıllıda 4 mm-dək olub.
Havanın maksimal temperaturu: Bakıda və Abşeron yarımadasında 29-32 dərəcə isti, Naxçıvan MR-da 32-36 dərəcə isti, Aran rayonlarında 30-36 dərəcə isti, dağlıq rayonlarda 20-25 dərəcə isti olub.