Dağlıq ərazidə itkin düşmüş şəxslər tapılıb.
Manset.az xəbər verir ki, bu barədə “Report”a açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.
“İtkin düşmüş 2 vətəndaşın axtarışına Şahdağ Milli Parkından ərazini yaxşı tanıyan 17 əməkdaş ayrılıb. Saat 7 – 8-ə işləmiş radələrində komandalar bir-birinə xəbər ötürərək bildiriblər ki, 2 vətəndaş tapılıb. Sadəcə ərazi dumanlı, relyef isə mürəkkəb olduğuna görə dağdan enmək çətindir. Günorta saat 1-2 üçün aşağı düşə biləcəklər. Bununla belə, səhhətlərində heç bir problem yoxdur. Digər komandalara da məlumat verilib, onların düşürülməsi təşkil ediləcək”, - o qeyd edib.
Xatırladaq ki, ötən gün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə İsmayıllı rayonu istiqamətində dağlıq ərazidə Elnur Nəciyev və və Emil Cəbrayılov adlı gənc alimlərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdu.