logo
logo logo
logo

Bakıdan Xankəndinə TIR-la göndərilən xüsusi “YÜK” nədir? – İrəvana MESAJ, Parisə DƏRS

11:01 - 30 Avqust 2023

Bakıdan Xankəndinə TIR-la göndərilən xüsusi “YÜK” nədir? – İrəvana MESAJ, Parisə DƏRS

Rusiya sülhməramlılarının müvvəqəti nəzarətindəki Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan haqlı etiraz aksiyası öz məqsədinə çatdı.

Azərbaycan Ermənistanla yanaşı, Qarabağdakı separatçılara və onların havadarlarına nümayiş etdirdi ki, bir addım da geri çəkilməyəcək, ərazilərimizdə istənilən qanunsuz fəaliyyətə qarşı rəsmi Bakının kəskin, qətiyyətli addımları bundan sonra da davam edəcək. Keçən ilin dekabrının təxminən ortalarında başlayan sözügedən ekoaksiyanın nəticəsi olaraq Azərbaycan nəyinki Laçın yolunu nəzarətə götürdü, eyni zamanda Laçın yolunun Ermənistanla şərti sərhəd nöqtəsinin başlanğıcında nəzarət buraxılış məntəqəsi quraraq sepatratçılar üçün Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətindəki Azərbaycan ərazilərinə təyinatının əksinə olaraq humanitar yüklər əvəzinə mina, silah-sursat daşınmasının, qanunsuz silahlı birləşmələrinin Qarabağa gətirilməsinin qarşısı birdəfəlik alındı. 

Elə bunun nəticəsidiri ki, həm Ermənistan, həm də onun havadarları Azərbaycanın legitim ərazilərində bu qanunsuz fəaliyyəti, separatizmi alovlandıran addımları deaktivləşdirmək istiqamətində əlamətdar qərarlar verdiyindən bütün dünyaya rəsmi Bakının Qarabağ ermənilərinə qarşı güya humanitar böhran vəziyyəti yaratdığı, Xankəndidə və ətraf ərazilərdəki ermənilərin acından "öldükləri" görüntüsü yaratmaqla beynəlxalq təhsisatları, beynəlxalq ictimaiyyəti Azərbaycanın üzərinə qaldıraraq Bakını təzyiqlərlə üz-üzə qoymaq üçün əllərindən gələni etdilər. Amma bu cəhdlər də bir fayda vermədi. Bakı BMT Təhlükəsizlik Şurasının da Qarabağdakı vəziyyətlə bağlı təcili iclasından üzü ağ çıxmağı bacardı, Ermənistan bu dəfə də məqsədinə çatmadı. 

Bütün bu proseslər deməyə əsas yaradır ki, rəsmi Bakının artıq belə bir təcrübəsinin müsbət nəticə verməsindən və beynəlxalq dəstək qazanmasından sonra özünə inamı bir qədər də artıb. Belə ki, Azərbaycan Ermənistanı və başda Fransa olmaqla digər havadarlarının Azərbaycanın Laçın yolundan postunu ləğv edib, əvvəlki tək separatçıların sərbəst, rahat hərəkətlərini, istədikləri daşımaları çox rahatlıqla icra etməkləri üçün tələb və istəklərinə cavab olaraq daha əlverişli yol olan - alternativ Xankəndi-Ağdam yolundan yararlanmaq təklifi ilə çıxış edir. Və demək olar ki, Azərbaycan bu istiqamətdə artıq praktiki ilk addımını atmış oldu.

Ötən gün Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslər üçün humanitar yardım yola salınıb. Humanitar yardımı aparan karvan artıq Ağdam-Xankəndi yoluna çatıb. Hazırda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri yükün keçirilməsi ilə bağlı rus sülhməramlılarla danışıqlar aparır. Hazırda yükü aparan TIR-lar gözləmədədir. Humanitar yardıma ilkin mərhələ üçün 40 ton un məmulatları daxildir.

Ermənistan hakimiyyəti başda olmaqla Qarabağdakı separatçı rejim qalıqları artıq uzun zamandır müxtəlif yollarla dünya ictimaiyyətini, beynəlxalq təşkilatları inandırmağa çalışırlar ki, guya Azərbaycan Laçın yolunda sərhəd buraxılış məntəqəsi qurmaqla Qarabağ ermənilərini blokadaya alıb, onlar üçün humanitar böhran vəziyyəti yaradıb, guya ermənilər ərzaq çatışmazlığı ilə üz-üzədirlər. Bölgədə guya “gərgin humanitar vəziyyət”, “blokada”nın mövcudluğu ilə bağlı manipulyasiyalarını davam etdirən Ermənistanın erməni sakinlərin tələbatlarının ödənməsi üçün Laçın yolu və digər alternativ yollardan istifadə ilə bağlı məsələlərin həll olunması üçün əldə olunmuş razılaşmalara əməl etmək əvəzinə, sülh prosesinə maneə törədir.

Azərbaycan tərəfi isə növbəti dəfə humanist yanaşma sərgiləyərək Qarabağda yaşayan erməniəsilli vətəndaşlar üçün humanitar yardım göndərməklə həm Ermənistanın və qondarma rejim qalıqlarının, həm də Ermənistan sevdalısı olan kənar qüvvələrin bütün bəhanələrini əllərindən almış oldu. Bakının bu qərarı Ermənistanın sülhə mane olmaq üçün manevr imkanlarını daha da daraltdı. Azərbaycan bu addımla növbəti dəfə nümayiş etdirdi ki, məqsədi heç də ermənilərin göstərməyə çalışdıqları kimi Qarabağ ermənilərinə humanitar böhran yaşatmaq yox, əksinə onların bütün problemlərini qarşılamaq, Azərbaycanın legitim ərazisində yaşayan bu etnik ermənilərə lazımı bütün köməkliyi göstərib, separatçıların əsarətindən onları xilas etməkdir. 

Aydın məsələdir ki, Qarabağ separatçıları Bakıdan göndərilən humanitar yükü bir müddət qəbul etməyəcəklər. Amma Azərbaycanın bu addımı artıq etnik ermənilərin Azərbaycana reinteqrasiyasında yeni bir mərhələnin başlanğıcı kimi yadda qalacaq. Qarabağ erməniləri arasında “Bakıdan göndərilən yükləri qəbul edək, yoxsa yox” sualı ətrafında diskussiya başlayacaq, aralarında fikir ixtilafı yaranacaq. Bu vəziyyət də Bakının Qarabağdakı planlarını nisbətən daha da asanlaşdıracaq. 

Əsas olan Bakı lazımı növbəti addımı atdı. Bununla da erməni separatçıları Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Ağdam-Xankəndi yolu ilə bölgədə yaşayan ermənilər üçün nəzərdə tutulan 40 ton un məmulatının qəbuluna əngəl yaratsa, “Azərbaycan bizi mühasirədə saxlayır”, “Bakı Qarabağ ermənilərinin sosial problemlərini dərinləşdirir”, “acından ölürük” kimi bəhanələri qalmayacaq. Əsasən də artıq Qarabağın erməni əhalisi vəziyyətdən çılpaqlığı ilə hali olacaq, görmüş olacaqlar ki, əslində onlara bu zamana kimi fəlakət yaşadan, növbəti fəlakətləri hazırlayan da elə bu zamana kimi əsarətlərində yaşadıqları separatçı rejim qalıqları olub. 

Qızıl Aypara Cəmiyyətinin 40 ton un dolu yük maşınları ilə Ağdam-Xankəndi yoluna çatan əməkdaşları artıq həmən istiqamətdə çadrlarını qurdular. Bu gedişat bizə Laçın-Xankəndi yolunda keçən ilin sonunda ekoaktivistlərin qurduğu çadrları çox xatırladır. Bütün proseslər Azərbaycanın növbəti məqsədinə çatmağa çox yaxın olduğuna bir işarə verir. 

Prosesin uğurla nəticələnəciyi təqdirdə separatçıların və Fransa kimi ölkələrin heç bir bəhanəsi qalmayacaq. Hazırda bir məsələ gün kimi aydındır: Azərbaycan Qarabağda yaşayan ermənilərin sosial problemlərini həll etməyə çalışır, məsələlərin həllinə imkan vermək istəməyən isə separatçılardır. Bu mənzərə ilə çox güman bütün beynəlxalq ictimaiyyət, aidiyyatı təşkilatlar, təhsisatlar çox qısa zamanda tanış olacaq. Nəticədə isə BMT və digər təşkilatlarda “Laçın yolunu açın” kimi çağırışların effekti qalmayacaq, Fransanın da bu məsələdəki cəhdləri uğursuzluqla nəticələnəcək.  da oyundankənar vəziyyətə düşəcək”.

Çünkü, bu, tək separatçılar üçün yox, eləcə də Ermənistan sevdalıları üçün də arzu edilməyən ssenari idi. Separatçılara və Ermənistana indiki mərhələdə bundan təsirli sillə ola bilməzdi. Bakının bu təklifini geri çevirmək özlərini, bu zamana kimi oynadıqları şounun ifşa etmiş olacaqlar. Bunu edəcəkləri təqdirdə “Xankəndidə aclıq var”, “humantira böhran”, “Azərbaycan bizi blokadada saxlayır” kimi yalanları ifşa ediləcək. Bu vəziyyət isə Ermənistanın manipulyasiya üçün bütün kartlarından məhrum olması anlamına gələcək. 

Azərbaycan ən böyük mesajını Ermənistana və separatçılara göndərdikləri humanitar yükün daşındığı maşınlarla çatdırdı. Xankəndinə yardım aparan TIR-larımız üçün dövlət nömrə nişanı “44” olan maşınların seçilməsi isə hər şeyi ifadə edir. Bununla da Bakı növbəti dəfə rəsmi İrəvana və qondarma rejimə düşünmək üçün vaxt verir: Ya humanitar yüklərimizi qəbul edib, Qarabağ ermənilərinin reinteqrasiyasına mane olmayacaqsınız. Yaxud da bunun əksini etməklə 44 günlük müharibədəki acı məğlubiyyəti yenidən dada bilərsiniz…

Atabəy Türkel


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az