"Azəriqaz" İB-nin növbəti “Açıq mikrofon” aksiyası Sumqayıt şəhəri, Yaşma bağlarında (53-cü Dalan) baş tutacaq.
Manset.az xəbər verir ki, 31 avqust saat 11:00-da başlayacaq aksiyada vətəndaşlar qeyd olunan ünvana yaxınlaşaraq qaz təchizatı ilə bağlı problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.