Bu gün ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənni üzrə pedaqoji stajı 3 il olan, həmçinin könüllü şəkildə iştirak etmək istəyən 60 və daha yuxarı yaşda olan müəllimlər imtahan veriblər.
Manset.az xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Həsən Həsənli məlumat verib.
O bildirib ki, bu günə qədər artıq 40 mindən çox müəllim sertifikasiya prosesindən keçib:
“Bu gün ölkə üzrə 13 mərkəzdə üç mindən çox müəllim eyni anda eyni imtahandan keçir”.
Qeyd edək ki, imtahan 161 saylı orta məktəbdə keçirilir.
Sertifikasiya imtahanında iştirak üçün ümumilikdə 272 nəfər müraciət edib. Hazırda imtahanda iştirak edənlərin sayı 252 nəfərdir.



