Sumqayıtda kişinin küçədə lüt gəzməsi ilə bağlı görüntülər yayılıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, ruhi-əsəb dispanserində qeydiyyatda olan şəxsin yaşadığı evdən çıxaraq şəhər ərazisində hərəkət etməsilə bağlı polisə məlumat daxil olub.
Həmin şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq ixtisaslaşmış tibbi personalla birgə müvafiq xəstəxanaya yerləşdirilməsi təmin olunub.
Onun digər şəxslərə ziyan vurması ilə bağlı polis orqanlarına hər hansı məlumat daxil olmayıb.