Dünyaca məşhur layihə AzTV-də - Yeni mövsümdə nələr olacaq?

15:09 - 04 Sentyabr 2023

Dünyaca məşhur layihə AzTV-də - Yeni mövsümdə nələr olacaq?

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC yeni mövsümün startına hazırlaşır.

 

 QSC-nin İctimaiyyətlə Əlaqələr və Sosial Media şöbəsindən Manset.az-a verilən məlumata görə, Yeni mövsüm sentyabrın 11-dən başlayacaq. Yəni, üzümüzə gələn həftənin birinci günündən. Və həmin gün tamaşaçıları tam yeni müasir dekorasiyalarla, tam yeni formatda "Telesəhər", daha sonra "Günə davam" verilişləri salamlayacaq. Yeni layihələrə gəlincə isə, onların sayı hər 3 kanal üzrə 10-dan çoxdur. Bunlardan xüsusən "Kinoman" (AzTV), "Ordan-burdan" (AzTV) və dünyaşöhrətli intellektual yarışma "Money drop" (AzTV) layihələrini qeyd etmək olar.

Həmçinin əlavə olaraq "Akustik" (Mədəniyyət TV), "Memarlıq" (Mədəniyyət TV), "Kitab TV" (Mədəniyyət TV), "Dəb" (Mədəniyyət TV), İngiltərə Premyer Liqası (İdman TV), "Kim sevirsə idmanı" (İdman TV), "Onları tanıyaq" və s. kimi yeni layihələrin adını çəkmək mümkündür. Eləcə də Azərbaycan Radiosu və Beynəlxalq Radio da yeni və daha maraqlı layihələrlə dinləyicilərin görüşünə gələcək.

Üstəlik, o da məlumdur ki, Beynəlxalq Radionun texniki imkanları artırılıb və faktiki yenidən qurulan bu radionun da yaxın gələcəkdə yayım keyfiyyətində ciddi fərq hiss olunacaq.

Bir sözlə, 11 sentyabrdan gözünüz və qulaqlarınız bizdə olsun.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az