"Beynəlxalq ictimaiyyətə də bəllidir ki, Ermənistan Laçın-Xankəndi yolunu manipulyasiya predmetinə çevirib" - Aydın Hüseynov

16:28 - 05 Sentyabr 2023

\"Beynəlxalq ictimaiyyətə də bəllidir ki, Ermənistan Laçın-Xankəndi yolunu manipulyasiya predmetinə çevirib\" - Aydın Hüseynov

Azərbaycanın Ağdam-Xankəndi yolu ilə 40 ton un məmulatının ünvana çatdırılması məqəsdilə atdığı addımlar xoşməramlı davranışın və humanizmin nümunəsidir. Buna baxmayaraq, bəzi güclər, xüsusilə də Fransa provakasiyalara rəvac verən addımlar atır, bölgədə gərginliyin artmasına səbəb olur. Azərbaycan mövcud mənzərəi daha açıq sərgilmək üçün bu gün ölkəmizdə akkreditə olunan diplomatik korpusun nümayəndələri və hərbi attaşelərin Ağdama səfərini təşkil edib. Səfərdə 50-dən artıq ölkə və beynəlxalq təşkilatdan 60-a yaxın şəxs, habelə xarici jurnalistlər iştirak edirlər. Onlar Ağdam-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq yüklərinin yerləşdiyi məntəqə ilə tanış oldular. Onlar Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin ermənilərə çatdırmaq üçün növbə gözləyən yük maşınlarına qarşı erməni separatçılarının davranışına hadisə yerində şahidlik etdilər. Xarici ölkələrin diplomatik korpusunun nümayəndələri də Xankəndində humanitar böhran adı ilə dünyadan kömək uman ermənilərin bu hərəkətlərinin separatizmin təsiri altına düşən şəxslərin siyasi spekulyasiyaları kimi dəyərləndirdilər.

 

Manset.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.


Millət vəkilinin sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatı da daxil olmaqla, bir çox beynəlxalq təşkilat Ağdam-Əsgəran-Xankəndi yolunun humanitar məqsədlər üçün istifadəsini dəstəkləyir. Artıq beynəlxalq ictimaiyyətə də bəllidir ki, Ermənistan Laçın-Xankəndi yolunu manipulyasiya predmetinə çevirib.
Millət vəkili hesab edir ki, Azərbaycan hökuməti bunlara rəğmən çox təmkinli və uzaqgörən, sülhpərvərdir, humanizminə sadiqdir, bütün imkanlardan istifadə edərək çalışır ki, öz vətəndaşları olan Qarabağın erməni əhalisinin sosial vəziyyəti daha yaxşı olsun, onların cəmiyyətimizə sıx inteqrasiyası daha tez və sıx təşkil olunsun. Bu məqsədlə Laçın-Xankəndi yolu vasitəsilə sərbəst gedib-gəlməsinə bütün şəraiti təmin edib, eləcə də Ağdam-Xankəndi yolunu beynənxalq humanitar daşınmalar üçün geniş şəkildə açıq elan edib, ən zəruri tədbirləri həyata keçirir. Eyni zamanda, Qarabağda yaşayan erməni sakinlərin hüquqlarının qorunmasına Azərbaycan Konstitusiyası ilə hər cür təminatlar verilir. Ancaq Ermənistandakı qüvvələr bundan sui-istifadə edərək ölkəmizin ərazisinə silah-sursat, minalar daşınmasını həyata keçirir, humanitra koridor adı altında qaçaqmalçılıq, silah-sursat daşınması aparır və bununla da əsil niyyətlərinin nədən ibarət olmasını biruzə verir. Ermənistan və onu revanşizmə sürükləyən qüvvələr, xüsusilə də Fransa bu cür pozucu fəaliyyətlə məqsədli şəkildə Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyasının qarşsını almağa çalışırlar.
Millət vəkili bildirib ki, Ermənistan və havadarları hesab edirlər ki, bu cür təxribatarla, süni humanitar böhran şouları ilə Azərbaycana qarşı təzyiqlər edəcklər, nəyəsə nail olacaqlar, onlar yanılırlar. Azərbaycan dövlətinin, Cənab Prezidentin sarsılmaz qətiyyəti və iradəsi bu cür təzyiqləri darmadağın edir və onların çıxış yolu Azərbaycanın geridönməz şərtləri ilə razıalaşmaqdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az