“Bu gün dünyada ikilistandartların artması, baş verən proseslərə qeyri-obyektiv yanaşmaların sanki ənənəyə çevrildiyi dövrdə bir sıra media orqanlarının fəaliyyətində də bu cür təzahürləri müşahidə edirik. Xüsusilə də Qərbin çoxtirajlı media vasitələri, o cümlədən “New York Times” qəzetinin alternativ fikir və düşüncə, azad və açıq media subyektindən uzaqlaşaraq müxtəlif lobbilərin, ələxsus da, erməni lobbisinin sifarişlərini yerinə yetirməsi bu beynəlxalq media platformasının nüfuzuna kölgə salır, ədalət meyarlarını tapdaladığını gostərir. Son aylarda Azərbaycanın sülh və humanizminə qarşı hərəkət edən Ermənistanın separatçı hərəkətlərinin dəstəklənməsi də bu qəzetin ermənipərəstlərə, ölkəmizə qarşı ədalətsiz mövqe sərgiləyənlərə alət olmasını təsdiqləyir. Azərbaycana qarşı media hücumu etmək qərarına gəlməsi həm təəssüf, həm də ikrah doğurur”.
Manset.az xəbər verir ki. bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Aydın Hüseynov deyib.
Millət vəkili qeyd edib ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “New York Times”a ünvanladığı açıq məktubda da bu media orqanının ədalətsiz və qərəzli mövqeyinə toxunulub, beynəlxalq media platforması kimi ayrı-seçkilik meyillərinə görə, ictimaiyyət arasında nüfuzunu itirdiyinə düzgün qiymət verilib. ünvanlayıb. Hikmət Hacıyev “New York Times”ı qərəzsiz və tərəfsiz media platforması çərçivəsindən kənara çıxaraq müxtəlif qüvvələrin təsirləri altında bərabər baxış və fikir balansını pozmasını, alternativ baxışlara böyük sədd çəkdiyini, bürokratik maneələr qoymasını media-ayrı seçkiliyinin təzahürü hesab edir və haqlı olaraq bunu Qərb mediasının monopoliyası kimi qiymətləndirir.
A.Hüseynov bildirib ki, müstəqil, suveren dövlət olan Azərbaycan müstəqil siyasət yürüdür və heç bir xarici qüvvənin təsiri və təzyiqi altında deyil, ümummilli mənafelərini hər şeydən üstün tutur, qətiyyətli siyasət yürdür, regional məsələlərdə kiminsə diqtəsi ilə addım atmır. Qərbin bəzi media orqanlarının, “New York Times”ın Azərbaycanı hədəfə almasının səbəblərindən biri də budur.