“Tuğ” qoruğunun tərkibinə beş abidə daxil edilib

20:46 - 06 Sentyabr 2023

“Tuğ” qoruğunun tərkibinə beş abidə daxil edilib

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun tərkibinə beş abidə daxil edilib.

 

 Manset.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla ölkə əhəmiyyətli memarlıq abidələri olan Alban məbədi (1197-ci il, Tuğ kəndi) və Qırmızı məbəd (1000-ci il, Tuğ kəndi), habelə, yerli əhəmiyyətli memarlıq abidələri - Məbəd (XIII əsr, Tuğ kəndi), Məbəd (1747-ci il, Tuğ kəndi) və Körpü (XVIII əsr,Tuğ kəndinin yaxınlığında) də “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun tərkibinə daxil edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az