Bakıda kişi keçmiş arvadının maşınını qaçırıb qəza törətdi - VİDEO

09:16 - 07 Sentyabr 2023

Bakıda kişi keçmiş arvadının maşınını qaçırıb qəza törətdi - VİDEO

Bakının Nəsimi rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Hüseynbala Əliyev küçəsi 5 ünvanında baş verib.

Belə ki, Guşbər Feyziyeva metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında keçmiş həyat yoldaşı Ceyhunla mübahisə edib.

Mübahisə zamanı Ceyhun Guşbərə məxsus “Hyundai” markalı avtomobilə əyləşərək onu qaçırmaq istəyib.

Ceyhunun idarəetməsindən çıxan avtomobil yaxınlıqdakı zirzəmidə yerləşən mobil aksesuarlar dükanına düşüb.

Hadisəni törədən şəxs ərazidən qaçaraq uzaqlaşıb.

Qadın polisə müraciət edib.

Əraziyə yanacaq dağıldığlna görə FHN-in DYMX-nin əməkdaşları o cümlədən polislər cəlb edilib.

Zərərçəkən dükan sahibi mağazaya təxminən 10 min manat ziyan dəydiyini bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az