Azərbaycanın məşhur Xalq artisti əməliyyat olundu - FOTO

15:15 - 10 Oktyabr 2023

Azərbaycanın məşhur Xalq artisti əməliyyat olundu - FOTO

Xalq artisti, “M Teatr”ın bədii rəhbəri Vidadi Həsənov əməliyyat olunub.

 

Manset.az xəbər verir ki, bu barədə Bakupost.az-a Xalq artisti özü məlumat verib:

“Bir ay əvvəl sol gözümdə problem yarandı. Demək olar ki, görmürdüm. Müayinə zamanı göz dibində “at nalı qopması” diaqnozu qoyuldu. Dünən əməliyyat etdirdim”.

V.Həsənov bildirib ki, özünü yaxşı hiss edir:

“Bu gün səhər tezdən öz fəaliyyətimlə məşğulam. Özümü çox yaxşı hiss edirəm, sol gözümün görmə qabiliyyəti isə bərpa olunmaqdadır”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az