2023-сü ilin yanvar-sentyabr aylarında 2110 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,7% (600 ədəd) çox minik avtomobili istehsal olunub. 01.10.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 497 ədəd rəşkil edib.
Manset.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında məlumat verilib. Bildirilib ki, dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 10,6 faiz artıb.
2023-cü ilin yanvar- sentyabr aylarında Azərbaycanda 285 ədəd yük avtomobili istehsal edilib. İstehsal ötən ilin eyni dövrü ilə müqayisədə 13,5% artıb.