Gözlənilən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

16:52 - 15 Oktyabr 2023

Gözlənilən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti qeyri-sabit hava şəraiti barədə xəbərdarlıq edib.

 

Xidmətdən Manset.az-a verilən məlumata görə, Bakıda və Abşeron oktyabrın 16-sı günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Oktyabrın 17-də şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

Oktyabrın 16-da bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Mərkəzi Aran, Naxçıvan MR, Balakən-Şəki) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Şərq küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az