Ölkəmizin taleyində mühüm əhəmiyyət kəsb edən günlərdən biri də məhz 15 oktyabr 2003 - ci ildir ki, həmin il Azərbaycanın gələcək həyatını müəyyən edən önəmli deyərdim ki, mühüm başlanğıcının təməli qoydu.Cənab İlham Əliyev 15 oktyabr 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezident seçilib. Ulu öndər Heydər Əliyevin siyasi kursunun yeganə düzgün yol olduğunu görən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə onun layiqli varisi İlham Əliyevi dəstəkləyərək 76,8 faiz səslə Azərbyacan Respublikasına Prezident seçdi. Prezident İlham Əliyev xalqa ilk müraciətində : “Mən hər bir azərbaycanlının prezidenti olacağam!” – demişdi. 20 illik rəhbərliyi dövründə həmin ifadənin hər gün həqiqətə çevrildiyinin tarixinə şahidlik etmək hər bir azərbaycanlıya yalnız qürur və şərəf hissləri yaşadır.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının dövlət vəzifəsində ilk günlərdən başlayaraq göstərdiyi yüksək idarəçilik, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasət, öz müsbət nəticələrini verərək xalqın öz liderinə inam və etimadını görülməmiş dərəcədə artırdı ki, buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də cənab İlham Əliyev yenidən inamlı qələbə qazanaraq Azərbaycan Respublikasına Prezident seçildi.
20 ilin zirvəsində əlbətdə ki , ermeni vandallarından işğal altındakı torpaqlarımı-zın azad olunması, suveren ərazi bütövlüyümüzün tam bərpası ilə nəticələnmiş Vətən müharibəsi və lokal antiterror tədbirləri, siyasi arenada qazanılan qalibiyyətlər dayanır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycanımız qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı.
Yola saldığımız 20 ildə Azərbaycan Ordu quruculuğunun və döyüş qabiliyyəti-nin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl islahatlar aparıldı. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Məhz bu ordu öz Ali Baş Komandanının qüdrətli sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq qurtuluş savaşını başladı və dünyanı heyrətə salan hərbi uğurlara imza atdı. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız 44 gün ərzində azad olundu. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazıldı. İki gün sonra isə işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü həll etdi. Dünya hərb tarixinə qızıl dərflərlə yazılan müharibə Prezident İlham Əliyevin daha bir keyfiyyətini – sərkərdəlik məharətini üzə çıxardı. O, döyüş əməliyyatlarına şəxsən nəzarət edir, döyüşən orduya tapşırıqları birbaşa özü verirdi. Qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti oldu. Müharibə dövründə dövlətimizin başçısı İlham Əliyev xarici KİV-ə 30-dan çox müsahibə verdi ki, bu da münaqişə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı.
Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərlik etdiyi dünyada bir çox transmilli layihələrin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı ölkədir. Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi, TAP layihəsi, Avropanı Asiya ilə birləşdirən Bakı–Tbilisi–Qars dəmir yolu, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizi energetika və nəqliyyat mərkəzinə çevirib.
Bu gün Azərbaycan xalqı göstərilən böyük etiamdın sahibi olan Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, aparılan daxili və xarici siyasətini dəstəkləyir və müassir Azərbaycanın müstəqilliyinin və tam suverenliyinin qorunub əbədi yaşaması naminə yumruğunu bir nöqtəyə vurur. Azərbaycan Respublikasının Prezidenti : “Mən hər bir Azərbaycanlının Prezidentiyəm” sözləri 20 il ərzində sadəcə sözün və həqiqətən də əməlinin sahibi kimi sözünü sübut edən liderdir.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavin