Yasamal rayonunda “Sözümüz imzamızdır!” adlı tədbir keçirildi - FOTOLAR

17:36 - 18 Oktyabr 2023

Yasamal rayonunda “Sözümüz imzamızdır!” adlı tədbir keçirildi - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prezident seçilməsinin 20 illiyi münasibəti ilə “Sözümüz imzamızdır!” adlı tədbir keçirilib.

 

Manset.az xəbər verir ki, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti Başçısı Elşad Həsənov, Milli Məclisin deputatları- Hikmət Babaoğlu, Azər Badamov, Kamilə Əliyeva, Ülvi Quliyev, Kənd Təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Fuad Musayev, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımov, “Bakı Metropoliteni” QSC-nin sədrinin müavini Hidayət Məmmədov, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları,  Yasamal rayon ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri, rayonun fəal gəncləri iştirak edib.

İlk öncə tədbir iştirakçıları tərəfindən Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri yad edilib. Sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.

YAP Yasamal rayon təşkilatında baş tutan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Prezident cənab İlham Əliyevin 20 illik uğurlu fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev tədbir iştirakçılarını salamlayaraq ilk öncə xalqımızın dövlətçilik ənənələrinin yenidən dirçəldilməsinin – müstəqilliyimizin bərpa edilməsinin 32-ci ildönümü münasibətilə hər bir kəsi təbrik edib. Qeyd olunub ki, ulu öndər Heydər Əliyev yolu mustəqil Azərbaycanımıza daha böyük uğurlar qazandırmaqdadır. Məhz son 20 ildə bu siyasətin ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, təkmil islahatların həyata keçirilməsi, qarşıya yeni-yeni hədəflərin qoyulması bu əminliyə əsas verir. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan Dövlət Başçısı, Partiyamızın Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qələbəyə imza ataraq hazırda tarixi Zəfərinin reallıqlarını yaşayır. İşğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Bayrağının dalğalanması böyük qürurumuz, ulu öndər Heydər Əliyev siyasətinin təntənəsidir. Qeyd olunub ki, Ermənistanın davam edən hərbi-siyasi təxribatlarına son qoyulması məqsədi ilə 2023-cü il sentyabrın 19-20-də müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin məharətli rəhbərliyi ilə Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri xalqımızın milli ruhunun yenilməzliyini bir daha nümayiş etdirdi. Azərbaycan Ordusunun qəhrəmanlığı və fədakarlığı sayəsində erməni silahlı dəstələri tərk-silah edildi, kriminal xunta rejiminin fəaliyyətinə son qoyuldu, dövlətimizin suverenliyi onun bütün ərazisində bərpa edildi. Sentyabr ayının 15-də isə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Xocalı, Ağdərə, Əsgəran, Xocavənd və Xankəndidə dövlət bayrağımızı ucaltması Şanlı tariximizin ən parlaq səhiəflərindən birini təşkil etdi.

Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov ilk öncə müstəqilliyimizin bərpası edilməsinin 32-ci il dönümü münasibətilə tədbir iştirakçılarını təbrik edərək qeyd edib ki, Ümummilli Liderimiz Heydər Əliyevin təməlini qoyduğu inkişaf strategiyasını yeni çağırışlar şəraitində layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev heyrətamiz şəxsi keyfiyyətləri, xalq və dövlət qarşısında müstəsna xidmətləri ilə yeni tarixi dövrün milli lideri səviyyəsinə yüksəlmişdir. Onun rəhbərliyi ilə 20 il öncə həyata keçirilməyə başlanan uzaqgörən daxili və xarici siyasət Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarmışdır.Prezident cənab İlham Əliyevin siyasət sənətinin incəliklərinə dərindən bələdliyi, fenomenal liderlik qabiliyyəti və yaradıcı dövlətçilik təfəkkürü, yenilməz əzmi və iradəsi ölkəmizin müasir simasını müəyyənləşdirməklə yanaşı, Cənubi Qafqaz bölgəsinin geosiyasi mənzərəsini kökündən dəyişmişdir. Milli və dövlətçilik maraqlarımızın qorunması və irəli aparılması, ölkəmizin potensialının artırılması üçün görülən ardıcıl tədbirlər Azərbaycanı öz tarixinin ən qüdrətli dövlətinə və regional güc mərkəzinə çevirmişdir. Bildirilib ki, bu gün 44 günlük Vətən müharibəsiində əldə olunan şanlı Zəfər, lokal xarakterli antiterror tədbiri və ən nəhayət Xocalı, Ağdərə, Əsgəran, Xocavənd və Xankəndidə dövlət bayrağımızın ucaldılması Prezident cənab ilham Əliyevin  uğurlu fəaliyyətinin pik nöqtəsidir.

Çıxış edən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisinin deputatı Azər Badamov  vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin ideyaları, onun layiqli davamçısı, möhtərəm Cənab Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Bu gün xalqımız əmindir ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursu möhkəm əllərdədir. Bu kursu davam etdirən cənab Prezident İlham Əliyev Azərbaycanı hər ötən gün inkişaf etdirərək yeni zirvələrə aparır, ölkəmizi və xalqımızı inamla daha firavan gələcəyə aparır. Azərbaycan xalqı xoşbəxtdir ki, onun arzularını reallaşdıran, qələbədən qələbəyə doğru aparan Prezident cənab İlham Əliyev kimi Lideri var. Prezident cənab İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirdi və güclü dövlət konsepsiyasını reallaşdırmağa nail oldu. Prezident cənab İlham Əliyevin ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər və lokal xarakterli antiterror tədbiri nəticəsində tam bərpa olunan suverenliyimiz də bu uğurların məntiqi nəticəsidir. Yeni reallıqlar isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daha böyük, möhtəşəm nailiyyətlər əldə etməsinə hədəflənib.

Yekun nitqlə çıxış edən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisinin deputatı Hikmət Babaoğlu bildirdi ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı, müasir dövlətçilik tariximizdə özünəməxsus yeri olan, sözün əsl mənasında böyük dövlət xadimi, böyük tarixi şəxsiyyət və böyük strateq Prezident cənab İlham Əliyevdir. 15 oktyabr 2003-cü il ölkəmizinin inkişafında keyfiyyətcə yeni mərhələ kimi qədəm qoyub. Bu həm də, tariximizin inkişafla başlayıb zəfərlə davam edən ən qüdrətli mərhələsi kimi spesifik xüsusiyyətləri özündə daşıyır. Prezident cənab İlham Əliyev məhz həmin tarixdən başlayaraq ölkəmizin nüfuzunu artırmaqla onu həm də regionda və dünyada müstəqil xarici siyasət yürüdən ölkə, etibarlı tərəfdaş kimi tanıdıb. Heç şübhəsiz, bu gün əldə olunan çoxşaxəli uğurlar, eləcə də, bu uğurların baş tacı olan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Şanlı Zəfər, lokal xarakterli antiterror tədbirləri və Xankəndi və digər şəhərlərimizdə üç rəngli bayrağımızın ucaldılması dövlətçilik tariximizə əbədi olaraq qızıl hərflərlə yazılıb.

Tədbirdə rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulmuş şəxslərə isə üzvlük vəsiqələri təqdim olunub.

Tədbirə bədii hissə ilə yekun vurulub.

Sonda xatirə şəkli çəkdirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az