logo
logo logo
logo

"Dilək ağacı"nın ətrafında çəkilən şəkilə görə direktor cəzalandırıldı - FOTO

11:20 - 19 Oktyabr 2023

\"Dilək ağacı\"nın ətrafında çəkilən şəkilə görə direktor cəzalandırıldı - FOTO

Qazax rayon Cəfərli kənd orta məktəbinin şagirdlərinin "Dilək ağacı" kimi tanınan ərazidə foto çəkdirib təhsil müəssisəsinin rəsmi facebook səhifəsinə qoyulması sosial şəbəkəlrdə tənqid edilib.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, məsələ ictimailəşəndən sonra adıçəkilən məktəbin direktoru Leyla Allahverdiyeva Qazax-Tovuz Regional Təhsil İdarəsinə çağırılıb. Direktorun izahatı alındıqdan sonra ona töhmət verilib.

Məktəbdən saytımıza faktı təsdiqləyiblər: 

Foto sosial şəbəkələrdə yayılandan sonra direktor regional təhsil idarəsinə çağırılıb. Məsələ belə olub ki, yuxarı sinif şagirdlərimiz bir layihə çərçivəsində Qazax rayonunda olan tarxii abidələri ziyarət ediblər. Sonra Göyəzən dağının yaxınlıöında olan ərazidə "Dilək ağacı" kimi tanınan yerdə şəkil çəkdiriblər. Məktəbin facebook səhifəsini işlədən şəxs yanlışlıqla fotonu öz profilində paylaşmaq əvəzinə təhsil müəssisəsinin rəsmi səhifəsində paylaşıb.Foto qısa zamanda sosial şəbəkəlrə yayılıb.Buna görə də regional təhsil idarəsinin rəhbərliyinin qərarı ilə direktora töhmət verilib".

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az