Kustar üsulla hazırlanmış pirotexniki vasitələr satan şəxs saxlanıldı

10:09 - 30 Dekabr 2023

Kustar üsulla hazırlanmış pirotexniki vasitələr satan şəxs saxlanıldı

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları Xaçmazda kustar üsulla hazırlanmış pirotexniki vasitələr satan şəxsi saxlayıb.

 

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlər zamanı 1 nəfər rayon sakininin qayda pozuntusuna yol verdiyi və rayon ərazisində qanunsuz olaraq kustar üsulla hazırlanmış pirotexniki vasitələr satdığı müəyyən edilib. Həmin şəxsin satdığı pirotexniki vasitələr şöbə əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az