Sabahın hava proqnozu açıqlandı

12:30 - 31 Dekabr 2023

Sabahın hava proqnozu açıqlandı

Yanvarın 1-də gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Axşam bəzi yerlərdə duman. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 11-16° isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi rayonlarda arabir duman. Qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az