logo
logo logo
logo

Rayonlara qar yağacaq - PROQNOZ

12:59 - 11 Yanvar 2024

Rayonlara qar yağacaq - PROQNOZ

Yanvarın 12-də gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 750 mm civə sütununa enəcək. Nisbi rütubət 55-65 % olacaq.

Azərbaycanın rayonlarında əsasən qərb rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az