“Siyahıda 6 milyon 478 mindən çox seçici var” - MSK sədri

14:30 - 06 Fevral 2024

“Siyahıda 6 milyon 478 mindən çox seçici var” - MSK sədri

Hazırda siyahıda olan 6 milyon 478 min 623 seçici 6 mindən çox seçki məntəqəsində səs verəcək.

 

Manset.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib:

“Seçicilər üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb. Seçki prosesinin əsas məqamı şəffaflıqdır. Ona görə 89 min 366 yerli müşahidəçi qeydiyyatdan keçib”.

MSK sədri əlavə edib ki, ümumilikdə 90 min 372 müşahidəçi qeydiyyatdan keçib və onların 790 nəfəri beynəlxalq müşahidəçidir: "109 beynəlxalq media qurumu iştirak edir. Onların 216 nümayəndəsi var".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az