logo
logo logo
logo

Sabirabadda yük avtomobili yandı - VİDEO

14:54 - 07 Fevral 2024

Sabirabadda yük avtomobili yandı - VİDEO

Sabirabad rayonunun Surra kəndi ərazisində avtomobildə yanğın baş verib.

 

Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Sabirabad Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Shacman” markalı yük avtomobilinin arxa təkərində baş vermiş yanğın genişlənərək avtomobilin digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yük avtomobilinin bir ədəd arxa təkəri yanıb. Avtomobil yanğından mühafizə olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az