Casusluqda ittiham olunan göyərçin həbsdən azad edildi

15:18 - 08 Fevral 2024

Casusluqda ittiham olunan göyərçin həbsdən azad edildi

2023-cü ilin may ayında Hindistanda həbs olunan göyərçin azadlığa buraxılıb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, onun həbsinə səbəb qanadlarında, Çin dilində qəribə yazılar olması ehtimalı idi.

Bu fakt səlahiyyətliləri araşdırma aparmağa və göyərçinin Çin üçün casusluqla məşğul ola biləcəyini öyrənməyə məcbur edib. Təfərrüatları dəqiqləşdirmək üçün quş tibb mərkəzinə göndərilib.

İstintaq kifayət qədər uzun sürüb və bu arada göyərçin nəzarətə alınıb. Heyvan hüquqları müdafiəçiləri qrupu PETA fəal şəkildə yazıq quşun mümkün qədər tez vəhşi təbiətə buraxılmasını tələb edirdi. İndi, səkkiz ay sonra, nəhayət, bu baş verib.

Bu qəribə hadisə və istintaqın nəticələri ilə bağlı başqa təfərrüatlar açıqlanmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az