ABŞ-da bu il keçiriləcək prezident seçkiləri ilə bağlı Marquette Hüquq Məktəbində aparılan sorğuda Respublikaçılar Partiyasının namizədi, keçmiş prezident Donald Trampın seçkilərdə qalib gələcəyi qənaətinə gəlinib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, sorğuda Tramp səslərin 51 faizini, hazırkı prezident Co Baydenin isə 49 faizini toplayıb.
ABŞ-ın Marquette Hüquq Məktəbi noyabrın 5-də keçiriləcək prezident seçkilərində namizədlərin vəziyyəti ilə bağlı 5-15 fevral tarixləri arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb.
Buna görə, qeydə alınmış seçicilərin yüzdə 51-i Respublikaçılar Partiyasının namizədi olan keçmiş prezident Donald Trampa səs verəcəklərini bildirərkən, hazırkı prezident Co Baydenə üstünlük verənlərin nisbəti isə yüzdə 49-da qalıb.
Mümkün seçicilərə əsasən, Trampın səsi bir bal artaraq 52 faizə, Baydenin səsi isə bir bal azalaraq 48 faizə düşüb.
Əfsanə Rəcəb
Manşet.az