Meksikalı ana "tətilə gedirəm" deyərək 2 uşağı ilə qaçdı

10:55 - 23 Fevral 2024

Meksikalı ana \"tətilə gedirəm\" deyərək 2 uşağı ilə qaçdı

Türkiyədə Aydında yaşayan Alper Sancaktar əcnəbi həyat yoldaşının uşaqları ilə tətilə getdiyi vətəni Meksikadan qayıtmadığını bildirərək məhkəməyə müraciət edib.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Sancaktar “Uşaqlarım üçün çox darıxdımş Övladlarımsız yaşaya bilmərəm” deyib.

Beləki, Kuşadasında turizm biznesində çalışan Alper Sancaktar (44) 2009-cu ildə bir müddət Meksikada qalıb. Burada o, Meksika vətəndaşı olan New Antonia Rodriguez Gallegos (38) ilə evlənib. Onların ilk övladı Larisa (11) 2013-cü ildə anadan olub. 2015-ci ildə Kuşadasına məskunlaşan cütlüyün hazırda 5 yaşı olan Kuzey adlı daha bir övladı dünyaya gəlib.

İddiaya görə, Gallegos ərinə uşaqları ilə birlikdə Meksikaya tətilə getmək istədiyini söyləyib. Sancaktar 8-30 yanvar tarixləri arasında həyat yoldaşı üçün gediş-dönüş təyyarə bileti də alıb. Ölkəsinə gedən Gallegos bir daha geri dönməyəcəyini bildirib. Bunun üzərinə ata uşaqların geri qaytarılması üçün işi məhkəməyə verib.

Yaşadıqlarını izah edən Alper Sancaktar bunları deyib:

“Övladlarım həm Türkiyə, həm də Meksika vətəndaşlarıdır. Çox yaxşı, xoşbəxt bir evliliyimiz vardı. Həyat yoldaşım anası üçün çox darıxdığını deyəndə, onu doğma şəhərinə göndərdim. Onlara bir az xarici valyuta və kredit kartımı verdim. Hər gün görüntülü və səsli zənglərimiz olurdu. Yanvarın 21-də qəfildən qayıtmayacağını bildirdi və səbəb göstərmədi. Məni hər yerdə blokladı. Onların yaşadıqları şəhər Amerika sərhədində yerləşən Çihuahua ştatıdır. Bura narkotik kartellərinin mövcud olduğu yerdir. Mən çox narahatam".

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az