İsrail Eurovision-dan kənarlaşdırıla bilər - Mahnı sözləri yoxlanılacaq

11:54 - 23 Fevral 2024

İsrail Eurovision-dan kənarlaşdırıla bilər - Mahnı sözləri yoxlanılacaq

İsrailin “Eurovision” Mahnı Müsabiqəsinə qadağa qoyulması çağırışlarına baxmayaraq, təşkilat komitəsi İsrailin müsabiqədə iştirakına icazə verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsrailin “Eurovision” mahnı müsabiqəsində iştirak edəcəyi “October Rain” mahnısı müsabiqəni təşkil edən Avropa Yayım Birliyi (EBU) tərəfindən yoxlanılır.

Təşkilat komitəsi bəyanatında İsrailin mahnı sözlərinin "siyasi mesaj ehtiva etdiyi" iddiası ilə araşdırma başlandığını açıqlayıb və İsrailin ictimai yayımçısı Kan ilə "gizli" danışıqların davam etdiyinə diqqət çəkib.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az