Rusiyanın aparıcı müxalifət xadimi Aleksey Navalninin ölümündən bir həftə keçməsinə baxmayaraq, onun cənazəsi ailəsinə verilməyib və Rusiya hökuməti cəsədin 14 gün ərzində nəzarətdə qalacağını bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Navalninin anası Lyudmila Navalnaya ifadəsində oğlunu gördüyünü, lakin səlahiyyətlilərin dəfn mərasiminin gizli keçiriləcəyi ilə hədələndiyini bildirib.
Navalninin Rusiyada yaşayan anası oğlunun meyitini ordan-bura axtararkən, nəhayət, cümə axşamı yayımladığı videoda oğlunun meyitini gördüyünü deyib.
Navalninin anası deyib ki, oğlunun cəsədini çərşənbə günü Sibirin Salehard qəsəbəsindəki morqda, dekabrdan bəri saxlandığı həbsxananın yaxınlığında görüb.
Oğlunun YouTube kanalında yayımlanan videoda 69 yaşlı Navalnaya deyib:
“Qanuna görə, Alekseyin cəsədini dərhal mənə verməli idilər, amma hələ də almamışam. Üstəlik, onu şantaj edərək, Alekseyin harada, nə vaxt və necə dəfn ediləcəyi ilə bağlı şərtlər qoyurlar. Məni qəbrin kənarına çıxarıb “oğlun burada yatır” demək istəyirlər. Mən bunu qəbul etmirəm. Alekseyə dəyər verən sizlərin onunla vidalaşmaq şansı olsun istəyirəm”.
Əfsanə Rəcəb
Manşet.az