İspaniyada 14 mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 4 nəfərin öldüyü, 14 nəfərin yaralandığı, 19 nəfərin isə itkin düşdüyü bildirilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Valensiya Bələdiyyəsi yanğında həyatını itirənlərin xatirəsinə şəhərdə 3 günlük matəm elan edib.
Səlahiyyətlilər mənzildə yanğının nəzarət altına alındığını, lakin daxili mənzillərə hələ də girişin mümkün olmadığını bildiriblər.
Əfsanə Rəcəb
Manşet.az