ABŞ prezidenti Bayden Navalninin ailəsi ilə görüşdü - FOTO

14:02 - 23 Fevral 2024

ABŞ prezidenti Bayden Navalninin ailəsi ilə görüşdü - FOTO

ABŞ prezidenti Co Bayden gözlənilməz addım ataraq həbsxanada dünyasını dəyişən rusiyalı müxalifət lideri Aleksey Navalninin həyat yoldaşı və qızı ilə görüşüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, San-Fransiskoda Aleksey Navalninin həyat yoldaşı Yuliya Navalni və qızı Daşa Navalni ilə görüşən Bayden Navalnilərə “dəhşətli itki” üçün başsağlığı verib.

Ağ Evdən verilən açıqlamada Baydenin “Prezident Aleksey Navalnının fövqəladə cəsarətinə, onun korrupsiyaya qarşı mübarizə irsinə və qanunun aliliyinin hamıya şamil olunduğu azad və demokratik Rusiyaya inamına heyran olduğunu” bildirib.

Bayden Rusiyaya qarşı yeni sanksiyaları sabah açıqlayacaqlarını qeyd edib.

Əfsanə Rəcəb

Manşet.az

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az