Braziliyanın təhlükəli bölgələrindən birində silahlı soyğunçunu dayandırmağa çalışan gənc qız həyatını itirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, həmin anlar təhlükəsizlik kamerasına əks olunub.
Hücum edən şəxs sürətlə hadisə yerindən qaçıb.
Qeyd edək ki, Braziliyada Favelas adlı gecəqondularda yaşayan milyonlarla insan demək olar ki, hər gün ölüm təhlükəsi ilə yaşayır. Cinayətin çox yüksək olduğu bölgələrdə təkcə 1988-2001-ci illər arasında 18 yaşına çatmamış 4 min nəfər öldürülüb.
Əfsanə Rəcəb
Manşet.az