Erməni hərbçini yoldaşı öldürdü

17:52 - 23 Fevral 2024

Erməni hərbçini yoldaşı öldürdü

Ermənistandakı yarımhərbi “Yerkrapa” Könüllüləri Birliyinin 40 yaşlı üzvü Qor Asatryanın fevralın 13-də ölüm xəbəri yayılmışdı.
 

Manset.az Modern.az-a istinadən xəbər xəbər verir ki, hərbçinin ölümü ilə bağlı yeni təfərrüatlar məlum olub.

Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 12-nə keçən gecə saat 00:05 radələrində G. Asatryanla T.K. arasında mübahisə baş verib.  T.K. çarpayıda uzanmış Asatryanın boyun nahiyəsinə güclü zərbə endirib, nəticədə sonuncu ağır  xəsarətlər alaraq ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Əldə edilmiş məlumatlara əsasən, T.K.-ya qarşı Ermənistan Cinayət Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsi ilə ittiham irəli sürülüb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaq davam edir.

Qeyd edək ki,  “Yerkrapa”nın könüllüləri Azərbayacanq arşı müharibədə iştirak ediblər. Onlar indi də sərhəddəki hərbi hissələrdə xidmət edirlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az