Alimlər 240 milyon illik "əjdaha" fosilini tapdılar

18:12 - 23 Fevral 2024

Alimlər 240 milyon illik \"əjdaha\" fosilini tapdılar

Alimlər 240 milyon il əvvəl, Son Trias dövrünə aid su sürünənlərinin qalığını aşkar ediblər.

 

Manset.az BBC-yə istinadən xəbər verir ki, Çinin cənubundakı qədim əhəngdaşı yatağında tapılan fosili uzun boyuna görə elm adamları "əjdaha" adlandırırlar.

Son Trias dövründən toxunulmaz qalan fosilin 240 milyon il əvvəl yaşamış və ilk dəfə 2003-cü ildə təsvir edilən "Dinocephalosaurus orientalis" tipli sürünənlərə aid olduğu qeyd edilir.

Araşdırmanın beynəlxalq qrupunun üzvü olan Dr. Nik Freyzer yeni kəşflə bağlı açıqlamasında 32 ayrı fəqərəsi olan sürünənlərin "uzun, çevik və əyilə bilən" bir boyuna sahib olduğunu bildirib.

Fraser, boyun elastikliyinin 5 metr uzunluğundakı sürünənlərə sualtı qayalarda ovlamaqda üstünlük verdiyini düşündüklərini bildirir.

Üzgəc kimi üzvlərinin fosilin suda yaşayan sürünənlərə aid olduğunu göstərən  Freyzer, "Bu əjdahanın boynu bədəni və quyruğunun birləşdiyindən daha uzundur" deyib.

Freyzer, "çox qəribə bir heyvan" olaraq xarakterizə etdiyi fosilin ilk dəfə tam anatomiyasını görməyin mümkün olduğunu ifadə edib.

Araşdırma "Earth and Environmental Science: Transactions of the Royal Society of Edinburgh" jurnalında dərc olunub.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az