ABŞ Hərbi Hava Qüvvələrinin zabiti 25 yaşlı Aaron Buşnel Qəzzadakı soyqırıma qarşı çıxmaq üçün Vaşinqtondakı İsrail səfirliyi qarşısında özünü yandırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, xəstəxanaya qaldırılan və aldığı ağır yaralara görə vəziyyəti kritik olan əsgərin sosial mediada yayılan videoda nəfəsi kəsilənə qədər dəfələrlə “Fələstinə azadlıq” qışqırması görünüb.
Həqiqi hərbi xidmətdə olan Buşnel videoda “Mən daha soyqırımda iştirak etməyəcəyəm” sözləri yer alıv.
Səfirlik polisi "Sənə kömək edə bilərəmmi?" dedikdən sonra “Yerə yat” sözlərinə reaksiya verən digər polis “Silaha deyil, yanğınsöndürənə ehtiyac var” deyib.
Bu şəxsin kimliyi və əlaqələri ilə bağlı təfərrüatları açıqlamayıb.
Əfsanə Rəcəb
Manşet.az