Daha bir ölkədə uçan taksilər fəaliyyətə BAŞLAYACAQ

17:41 - 08 Mart 2024

Daha bir ölkədə uçan taksilər fəaliyyətə BAŞLAYACAQ

Yaxın gələcəkdə Hindistanda uçan taksilər fəaliyyətə başlaya bilər.



Manset.az Bizim.Mediaya istinadən xəbər verir ki, bu barədə “News18” “ePlane”in yaradıcısı Satya Çakravartiyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, ölkədə uçan nəqliyyat səkkiz ay ərzində peyda ola bilər. Qeyd olunur ki, tərtibatçılar uçan taksini yığcamlaşdırıblar ki, o, qapalı məkanlara enə bilsin və digər obyektlərlə dolu olan hava məkanında uça bilsin.
Hava taksisi ilə səyahətin qiyməti, ehtimal ki, quru nəqliyyatından iki dəfə baha olacaq.

Qeyd edək ki, daha əvvəl Dubayda da yaxın dövrdə uçan taksilərin fəaliyyətə başlayacağı bildirilmişdi.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az