Asif Əli Zərdari Pakistanın Prezidenti seçildi

20:50 - 09 Mart 2024

Asif Əli Zərdari Pakistanın Prezidenti seçildi

Pakistanda bu gün keçirilən prezident seçkilərinin nəticələri açıqlanıb.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Pakistan Seçki Komissiyası məlumat yayıb.

Bildirilib ki, Xalq Partiyasının həmsədri Asif Əli Zərdari seçicilər kollegiyasının 411 səsi ilə qalib olub.

Onun əsas rəqibi Mahmud Xan Açakzay 181 səs toplayıb.

Xatırladaq ki, Pakistan Konstitusiyasına əsasən parlament seçkilərindən bir ay sonra prezident seçkiləri keçirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az